Kemari

Tanzan məbədində kemari.

Kemari (蹴鞠?, hərf.zərbə topu) və ya bəzən şukiku[1]Heyan (794–1185) və Kamakura dövrlərində (1185–1333) Yaponiyada populyar olmuş, ayaqla oynanılan top oyunu. Yaponiyanın ənənəvi futbol oyunudur. İmperator və saray əyanları tərəfindən oynanılırdı. Kemari oyunu 8 oyunçunun iştirakı ilə baş tuturdu və əsas məqsəd topu mümkün qədər çox zərbə ilə havada saxlamaq idi. Oyun hər küncündə bir ağacın yerləşdiyi dördbucaqlı meydançada oynanırdı, oyunda qalib və ya məğlub olmurdu.

Kemari oyunu XV əsrə qədər sadəcə saray əyanları və şoqunlar tərəfindən oynanılan oyun olmuşdur. 1467-ci ildə baş verən Onin müharibəsindən sonra oyun Kiotodan digər yerlərə yayılmış, şəhər sakinləri və kəndlilər tərəfindən də oynanmışdır. İmperator Meyci kemari oynamağı sevirdi.[2] Müasir dövrdə mövsümi tədbirlər zamanı şinto məbədlərində oynanılır.

  1. Japan. An Illustrated Encyclopedia. səh. 770
  2. Keene, Donald. Emperor of Japan: Meiji and His World, 1852-1912. Columbia University Press. 2002. səh. 489. ISBN 9780231123402. İstifadə tarixi: 4 noyabr 2024.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne