Ken Carson | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Kenyatta Lee Frazier Jr.[1] |
Ləqəbi | Ken Carson |
Doğum tarixi | 11 aprel 2000 (24 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | trep, rage rap[d], klaud rep[d] |
Albom şirkətləri | Interscope Records |
kencarson.xyz | |
![]() |
Ken Carson (11 aprel 2000, Atlanta[2]) — amerikalı repçi, müğənni-mahnı yazarı və musiqi prodüseri. O, 2022-ci ildə buraxdığı, ilk dəfə Billboard 200-ə daxil olan ikinci albomu "X" sayəsində məşhurlaşıb. Repçinin 2023-cü ildə yayımladığı üçüncü albomu "A Great Chaos" həmin hit-paradda 11-ci pilləyə yüksəlib. Ken Carson 2019-cu ildə repçi Playboi Carti tərəfindən təsis edilmiş, Interscope Records-un bir hissəsi olan Opium səsyazma leyblı ilə müqavilə bağlayıb.
Ken Carson 2020-ci ildə "Teen X" adlı mini albom və 2021-ci ildə "Project X" adlı ilk studiya albomunu çıxarıb. Debüt albomdan olan treklər "Rock N Roll" və "Run + Ran" TikTok sosial şəbəkəsində böyük populyarlıq əldə etmişdir. Repçinin Corciyadan olan həmyerlisi, Opium şirkətinin digər üzvü Destroy Lonely ilə yaxın əlaqəsi var, onlar tez-tez əməkdaşlıq edirlər.[3]