Kennet Vals | |
---|---|
ing. Kenneth Neal Waltz | |
Doğum tarixi | 8 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 2013[1] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Əsas maraqları | beynəlxalq münasibətlər, politologiya |
Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan – 12 may 2013[1], Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, Berkli və Kolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir.[2] Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur.[3]
Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir.[4] Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır.[5]