Kevin Parker

Kevin Parker
Ümumi məlumatlar
Doğum tarixi 20 yanvar 1986(1986-01-20) (39 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, gitaraçı, mahnı yazarı[d], zərbçi[d], bəstəkar, musiqiçi, musiqi prodüseri
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar alternativ rok, psixodelik rok, psixodelik pop[d], sinti-pop, disko
Musiqi alətləri gitara, zərb qurğusu[d], bas-gitara, klavişli alət[d]
tameimpala.com

Kevin Riçard Parker (20 yanvar 1986, Sidney[1]) — avstraliyalı müğənni, musiqiçi, bəstəkar və prodüser. Psixodelik mahnılar buraxdığı Tame Impala layihəsi ilə tanınır. Kevin dörd albom buraxıb: Innerspeaker (2010), Lonerism (2012), Currents (2015) və The Slow Rush (2020). O, 13 "ARIA Musiqi mükafatı" qazanıb, bundan əlavə iki "APRA mükafatı" və "Brit mükafatı"na layiq görülüb, həmçini dörd dəfə "Qremmi" mükafatına namizəd olub.[2]

Tame Impala-dan əlavə Kevin 2009–2011-ci illərdə Avstraliya musiqi qrupu Pond-un təbilçisi olub. Prodüser kimi o, Mark Ronson, Ledi QaqaRihannaKanye VestGorillazTrevis Skot, Melody's Echo Chamber, və The Flaming Lips ilə əməkdaşlıq edib.[3]

  1. 1 2 Freebase Data Dumps. Google.
  2. Cooper, Nathanael. "Is Tame Impala a group? Kevin Parker explains". The Sydney Morning Herald. 26 November 2020. 1 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2020.
  3. D'Souza, Shaad. "Camila Cabello and Mark Ronson's "Find U Again" is mind-blowing pop". The Fader. 30 May 2019. 31 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2019.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne