Khan Academy | |
---|---|
![]() | |
![]() | |
URL | Khan Academy |
Kommersiya | Xeyr |
Tipi | Qeyri-kommersiya təşkilatı[1] |
Qeydiyyat | İcbari |
Dilləri | Azərbaycanca, ingiliscə, rusca, gürcücə, türkcə, portuqalca, qazaxca, bolqarca, ispanca |
İstifadəçi sayı | 2 500 000[2] |
Proqramlaşdırma dili | Java[3] |
Sahibi | Sal Xan[4] |
Açılma tarixi | 2008 |
Hazırkı statusu | Aktiv |
Gəlir |
|
Şüar | Hər kəs üçün, hər yerdə ödənişsiz |
Alexa reytinqi | ▼ 359 (2020) |
![]() |
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı[6]. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur.[7] Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir.[8]
Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir.[9]