Khmer issarak | |
---|---|
Quruluş tarixi | 1944 |
Khmer issarak (khm. ខ្មែរឥស្សរៈ, hərf. Azad khmer) — antifransa və antimüstəmləkə müstəqillik hərəkatı.[1] Hərəkət "amorf" kimi etiketlənmişdir.[2] İssarak təxminən 1945-ci ildə yaradılmış və hər birinin öz lideri olan bir neçə fraksiyadan ibarət olmuşdur.[3] İssarak fraksiyalarının əksəriyyəti 1945-ci ildə İkinci Dünya müharibəsinin bitməsi ilə 1953-cü ildə Kambocanın müstəqilliyi arasında fəal mübarizə aparırdılar. Khmerlərin ilkin məqsədləri müstəqillik əldə etmək üçün fransızlara qarşı mübarizə aparmaq idi, lakin daha sonra Kamboca hökumətini devirməyə yönəlmişdir.[4] [5] İssarak termini ilkin olaraq qeyri-kommunistlərə istinad edirdi, lakin 1950-ci illərin əvvəllərində Vyetminin rəhbərlik etdiyi partizanlar digər qeyri-kmmunist qüvvələri birləşdirmək naminə özlərini issarak adlandırmışdılar.[6]