Kibbutz (ivr. קִבּוּץ / קיבוץ; hərfi tərcüməsi: "toplanma, qruplaşma"; cəm forması - kibbutzim ivr. קִבּוּצִים / קיבוצים) — İsraildə kollektiv icma növü.
2010-cu ildə İsraildə 270 Kibbutz var idi. Onların fabrikaları İsrailin sənaye hasilatının 9%-i və ya 8 milliard ABŞ dolları, fermaları isə kənd təsərrüfatı hasilatının 40%-i və ya 1,7 milliard ABŞ dolları təşkil edirdi.[1] Bir kibbutzun üzvlərin sayı 40-dan 1000-ə qədər ola bilər. Onların çoxunda ortalama 300-400 arası yetkin üzvləri və tam əhalisi 500-600 arası olur.[2]