Kim Petras | |
---|---|
alm. Kim Petras | |
![]() Petras 2021-ci ildə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Köln, Almaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
|
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Albom şirkəti |
|
Üzvlüyü | K/DA |
kimpetras.com | |
![]() |
Kim Petras (27 avqust 1992[1], Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar[2] buraxmışdır.
Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başlayıb. 2011-ci ildə "One Piece of Tape" adlı debüt minialbomunu yayımlayıb. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı debüt sinqlını çıxarıb. Onun həmin mahnısı beynəlxalq hitə çevrilib — Spotify və çox sayda musiqi hit-paradlarında birinci pilləyə çatıb.[3] Kimin Billboard-da hit adını qazanan digər mahnılarına daxildir: "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə).
O, həmçinin "Petras Era 1" adlanan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını da təqdim edib. 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt studiya albomunu buraxıb.[4] Albom çıxmazdan əvvəl o, doqquz həftə boyunca tanıtım kampaniyası keçirib. Bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxıb. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazanıb. Eyni zamanda, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar çartpnda isə 26-cı pilləyə çatıb. Petras 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"ı yayımlayıb. 2020-ci ildə Petras "Malibu" və Kygo ilə ikinci əməkdaşlığı olan "Broken Glass" mahnısı ilə daha bircuğur qazandı.
2021-ci ildə Petras Republic Records ilə müqavilə bağlayıb. 2022-ci ildə 7 trekdən ibarət minialbomu olan "Slut Pop"u dərc edib.