Kimbal Mask | |
---|---|
Kimbal Musk | |
![]() Kimbal Mask 2013-cü ildə | |
Doğum tarixi | |
Doğum yeri | Pretoriya, Cənubi Afrika |
Həyat yoldaşları |
Yen Levin (boşanıb) |
Uşağı | 3 |
Atası | Errol Mask |
Anası | Mey Mask |
Təhsili | Qvins Universiteti |
Fəaliyyəti | baş aşpaz, sahibkar, restoran meneceri, ekoloq |
kimbalmusk.com | |
![]() |
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir.[1][2][3] Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir.[4][5] Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır.[6] Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır.[7] 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular.