Kirke (mifologiya)

Kirke
q.yun. Κίρκη
Mifologiya Qədim Yunanıstan dini
Cinsi qadın[d]
Atası Eet və ya Helios[1]
Anası Perseida[1] və ya Hekata
Qardaşı və bacısı Pasifaya, Eet, Pers, Pers (Heliosun oğlu)
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Kirke (Κίρκη, Kírkē) - qədim yunan mifologiyasında sehr və cadugərliklə bağlı ən məşhur ilahələrdən biri [2].

Əksər mənbələrə görə, o, Günəş tanrısı HeliosunOkeanidaların pərisi Perseidanın qızıdır [3]. Digər mənbələrdə onun anasının Asterop olduğu göstərilir [4]. Onun qardaşları Kolxida hökmdarı EetPers, bacısı isə Pasifaya idi. Pasifaya Minosun arvadı və Minotavrın anası kimi tanınır [5]. Bəzi versiyalarda Kirke və onun bacısı qızı Medeyanın Hekatanın qızları olduğu iddia edilir [6][7].

Kirkenin yaşadığı yer Eeya adası idi [8]. Homer bu adanın yerini dəqiq göstərməsə də, eramızdan əvvəl III əsrin müəllifi Rodoslu Apollonius adanı Tirren sahillərində, yəni müasir İtaliyanın qərb sahillərində yerləşdiyini bildirir[9][10]. Roma şairləri isə onu Latium ərazisi ilə əlaqələndirərək Kirkeo burnunda yerləşdiyini qeyd edirlər[11].

Homer Kirkeni "gözəl saçlı və insan nitqi ilə qorxunc ilahə" kimi təsvir edir [12]. Apollonius onu qızıl gözləri və işıq saçan siması olan bir varlıq kimi təsvir edir [13]. Ovidin "Məhəbbət üçün müalicə" əsərində isə Kirkenin anasi Perse tərəfindən otlar və iksirlər haqqında biliklərə yiyələndiyi bildirilir[14].

Kirke sehrcadugərliklə məşğul olurdu. O, çubuq və sehrli içkilərdən istifadə edərək insanları heyvana çevirirdi. Onun əsas məşğuliyyəti güclü sehrlər və iksirlər hazırlamaq idi [15].

  1. 1 2 Н. О. Цирцея (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXVIII. С. 230.
  2. "Circe | Greek mythology | Britannica". www.britannica.com (ingilis). İstifadə tarixi: 2022-04-29.
  3. Homer, Odyssey 10.135; Hesiod, Theogony 956; Apollonius of Rhodes, Argonautica 4.591; Apollodorus, Library 1.9.1; Hyginus, Fabulae preface; Cicero, De Natura Deorum 48.4
  4. Orphic Argonautica "1217".
  5. Apollodorus, Library 1.9.1; Apollonius Rhodius, Argonautica .
  6. Grimal; Smith.
  7. Diodorus Siculus, Historic Library 4.45.1
  8. E., Bell, Robert. Women of classical mythology : a biographical dictionary. New York: Oxford University Press. 1993. ISBN 978-0195079777. OCLC 26255961.
  9. William H. Race, Apollonius Rhodius: Argonautica, Loeb Classical Library (2008), 4.654–661
  10. Argonautica 3.309–313, translation by W. H. Race, Apollonius Rhodius: Argonautica, Loeb Classical Library (2008), p.241
  11. Virgil, Aeneid 7. 10
  12. Homer, Odyssey 10.135
  13. Apollonius Rhodius, Argonautica 4.727
  14. Argonautica Orphica "1225".
  15. Ovid, The Cure for Love 4.15

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne