Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ,Sonikku za Hejjihoggu?, ing.Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ,Oguruvu Imōrisu za Hejjihoggu?, ing.Ogilvie Maurice the Hedgehog).
Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック,Sonikku?, ing.Sonic); mənası – azərb. Səs sürəti) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Kirpi Sonikin yaradımasında "Sega" şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər.[16] Orijinal "Sonic the Hedgehog" videooyunu "Sega" şirkətini "Nintendo" şirkətinin flaqman personajı olan Marionun rəqibi olacaq və Aleks Kidd (ing.Alex Kidd) personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır.[17][18] Kirpi Sonik "Sonic Adventure" (1998) videooyunu üçün Yuci Uekava tərəfindən yenidən dizayn edilmişdir. Bu dizayn dəyişikliyi ilə Kirpi Sonik daha yetkin bir xarici görünüş əldə etmişdir.
Kirpi Sonik dünyanın ən tanınmış videooyun personajlarından birinə çevrilmişdir. 2014-cü ilin noyabr ayında əldə edilən statistik məlumatlara əsasən, onun şərəfinə adlanan videooyunlar cəmi 150.000.000 nüsxə satmışdır.[19][a] 2005-ci ildə Kirpi Sonik, Mario və LinkOyun xiyabanına əlavə edilən ilk videooyun personajları idi. Videooyunlara əlavə olaraq, o, komikslər, kitablar, cizgi filmlər və bir anime filminin protaqonistidir.[25][26][27]
↑Stüart, Kit. Sega Mega Drive/Genesis: Collected Works. Read-Only Memory. 2014. səh. 20—24. — ISBN978-0-9575768-1-0
↑"Martin Burke". www.behindthevoiceactors.com (ingilis). Behind the Voice Actors. 19 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.