Tarixi dövlət | |
Klyayn-Venediq | |
---|---|
|
|
Paytaxt | Koro[d] |
Klyayn-Venediq (alm. Klein-Venedig, hərf. "Kiçik Venesiya") və ya Velzerland (Welserland) — indiki Venesuela ərazisində 1528–1546-cı illərdə mövcud olmuş keçmiş alman koloniyası. Koloniyanın ərazisinə hüquqlar Auqsburq azad şəhərindən olan Velzerlər bank ailəsi tərəfindən Müqəddəs Roma imperatoru V Karlın borclarının təminatı olaraq alınmışdı.