Konfutsi

Konfutsi
çin. 孔夫子
Doğum adı 孔丘
Doğum tarixi təq. e.ə. 551[1]
Vəfat tarixi təq. e.ə. 479[2][1]
Elm sahələri fəlsəfə, Sosial fəlsəfə, etika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子; təq. e.ə. 551[1]təq. e.ə. 479[2][1]) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə böyük təsirlər göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.

Dahi Çin mütəfəkkiri Konfutsinin siyasietik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş "Lun yuy" ("Söhbətlər və mülahizələr") kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə. II əsrdə Çində rəsmi ideologiya kimi qəbul olunmuş, dövlət dini rolunu oynamış, çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.

Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına 5-ci şəxs olaraq daxil edilib.

  1. 1 2 3 4 Chin A., Bell A. Confucius // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. 1 2 Csikszentmihalyi M. Confucius // Stanford Encyclopedia of Philosophy (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne