Konstruktivizm

Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır.[1] Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur.

  1. "Arxivlənmiş surət". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne