Kord (pulemyot)

Kord
Kord pulemyotu (rusca Корд)
Kord pulemyotu (rusca Корд)
Tipi ağır pulemyot
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1998-ci ildən hal-hazırkı dövrə qədər.
İstifadə edilən döyüşlər Şimali Mali müharibəsi, Suriya vətəndaş müharibəsi, İkinci çeçen müharibəsi, Rusiya-Gürcüstan müharibəsi (2008)
İstehsal tarixçəsi
Konstruktor A.A. Namitulin, N.M. Obidin, Ju.M. Bogdanov və V.İ. Jirohin
Konstruksiya tarixi 1990-cı illər
İstehsalçı Degtyaryov Zavodu
İstehsal illəri 1998-ci ildən hal-hazırkı dövrə qədər
Variantları 6P50-1, 6P50-2, 6P50-3, 6P49
Xüsusiyyətləri
Ağırlığı

25.5 kg (6P50)

32 kg (6P50-1)

60 kg (6P50-2)

80 kg (6P50-3)

27 kg (6P49)
Uzunluğu

1,980 mm (6P50-1, 6P50-2, 6P50-3)

1,625 mm (6P49)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kord — pulemyot.

Giliz: 12,7×108mm

Kalibr: 12.7 mm

Atəş sürəti: 650–750 mərmi/dəqiqə

Mərminin çıxış sürəti: 860 m/s

Təsirli məsafə: 2,000 m

Bəsləmə sistemi: 50 mərmilik kəmər

Nişangah: Dəmir nişangah

Kord pulemyotu (rusca: Корд), Rusiya istehsalı bir ağır pulemyotdur.. Silah, köhnə NSV pulemyotunun yerini almaq məqsədilə yaradılmış və 1998-ci ildən Rusiya Silahlı Qüvvələrində silahlanmaya qəbul edilmişdir. Xarici görünüşü NSV pulemyotuna bənzəsə də, daxili mexanizmi, qaz sistemi və qüllə bölməsi əsaslı bir şəkildə yenidən yaradılmışdır. Bu dəyişikliklər, silahın NSV ilə müqayisədə daha az geri təpməsinə və bu geri təpmənin azalması sayəsində də, silahdan atəş açılan zaman atılan güllələrin hədəfi daha dəqiq vurması təmin edilmişdir.

1974-cü ildə sovet ordusunun iri çaplı "DŞK" pulemyotunun yerinə, arsenalına qəbul etdiyi və konstruksiyası Nikitin, Sokolov və Volkova aid olan NSV-12,7 "Utes" pulemyotunun hazırlanması üçün, Qazaxıstanın Uralsk şəhərində xüsusi zavod tikildi.

SSRİ-nin dağılmasından sonra rus ordusu seçim qarşısında qaldı: ya gərək iri çaplı pulemyotu özünün yeni qonşusundan alaydı, ya da pulemyotun istehsalını özü təmin edəydi. Nəticədə, ikinci variant seçildi və 1997-ci ildə "Utes" pulemyotunun Rusiyanın özünə aid konstruksiyası əsasında hazırlanan və "KORD" adı alan iri çaplı pulemyot yaradıldı.

27 mart 2001-ci ildə "KORD" rəsmi şəkildə Rusiya ordusunun təchizatına daxil edildi və "V. A. Deqtyarev adına Zavod" onun toplu şəkildə istehsalına başladı.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne