Kosmik opera

Klassik ucuz (pulp) roman üz qapağı (örtük).

Kosmik opera — hadisələrin əsasən kosmosda baş verdiyi, özündə maraqlı sərgüzəştləri əks etdirən və romantikanı vurğulayan elmi fantastika janrının alt janrıdır.[1] Kosmik operanın bəlkə də ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu alt janrda personajlar, mübarizələr, qüvvələr və mövzular qeyri-adi səviyyəyə gətirilir.[2] Birinci kosmik operalar 1930-1940-cı illər arasında pulp jurnallarında (ucuz qiymətə satılan jurnallar) nəşr olunmuşdur. 1970-ci illərə qədər kosmik opera keyfiyyətsiz və ucuz elmi fantastika filmlərini ifadə etmək üçün istifadə edilirdi. Lakin 1977-ci ildə Corc Lukasın çəkdiyi Ulduz müharibələri: IV hissə - Yeni ümid filmi işıq üzü gördükdən sonra həm tənqidi, həm də maliyyə baxımından çox böyük nailiyyətlər əldə etmiş və bu janra olan mənfi baxışı tamamilə dəyişdirmişdir.[3][4][5][6][7]

  1. Agafonova, Karina, et al. "How Do People Read Science Fiction and Why is it Popular: Common Tendencies and Comparative Analysis." CEUR Workshop Proceedings, 2021.
  2. Pringle, David. What is this thing called space opera? // Westfahl, Gary (redaktor). Space and Beyond: The frontier theme in science fiction (1st). Westport, CT: Greenwood Press. 2000. səh. 36. ISBN 978-0313308468. İstifadə tarixi: 24 March 2017.
  3. Nelson, Murry R. American Sports: A history of icons, idols, and ideas. Greenwood. 2013. səh. 310. ISBN 978-0313397523.
  4. Rastatt. "Perry Rhodan 35th anniversary Press Release". Perry Rhodan English Language Homepage. July 1996. 30 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2021.
  5. Freistetter, Florian. A History of the Universe in 100 Stars (ingilis). Quercus. 15 April 2021. ISBN 9781529410136. İstifadə tarixi: 6 November 2021.
  6. Child, Ben. "A modern space opera: Has Star Wars escaped the George Lucas worldview?". The Guardian. 2017-02-20. İstifadə tarixi: 2017-03-24.
  7. Hartwell, David G.; Cramer, Kathryn. The Space Opera Renaissance (1st). New York, NY: Tor Books. 2006. ISBN 0765306174.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne