Kosovo pasportu

Kosovo pasportu
serb. Pasoš Republike Kosovo
Kosovo pasportunun üz qabığı (2011-ci ildən istifadə olunur)Kosovo pasportunun üz qabığı (2011-ci ildən istifadə olunur)
Müasir Kosova biometrik pasportunun məlumat səhifəsiMüasir Kosova biometrik pasportunun məlumat səhifəsi
Tərəfindən verilib  Kosovo
İlk çıxış tarixi 30 iyul 2008 (qeyri-biometrik)
31 oktyabr 2011 (biometrik)
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Bitmə müddəti Böyüklər üçün 10 il
Uşaqlar üçün 5 il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosovo pasportu — qismən tanınan Kosovo vətəndaşlarının xaricə getmək üçün istifadə etdiyi səyahət sənədi. Bu sənəd Kosovo vətəndaşlığının sübutu kimi xidmət etməklə yanaşı, beynəlxalq səyahətləri asanlaşdırır. Xarici İşlər Nazirliyindən verilən diplomatik pasportlar istisna olmaqla, pasportların verilməsi yalnız Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Kosovo pasportları ICAO tərəfindən tövsiyə edilən standarta (ölçüsü, texnologiyası, təhlükəsizliyi, tənzimləmə və s. kimi) pasport dizaynına uyğundur.

Kosovo vətəndaşlarının Serbiya pasportu üçün müraciət etmək hüququ var. Kosovalılara Serb pasportları 2009-cu ilin iyulunda yaradılmış Serbiya koordinasiya direktorluğu tərəfindən verilir. Bu qurum tərəfindən verilmiş Serbiya Pasportunun sahibinə Şengen zonasına vizasız daxil olmağa icazə verilir.

Pasportların dörd növü var: normal, rəsmi, diplomatik və səyahət sənədi. 25 € ərizə haqqı tələb olunur.

Avropa İttifaqı 2012-ci il yanvarın 19-dan etibarən Kosovo ilə vizadan azad olmaq üçün danışıqlar aparır.

2011-ci il oktyabrın 31-dən etibarən Kosovo hakimiyyət orqanları yeni Kosovo biometrik pasportlarının verilməsinə başlayıb.

2016-cı ilin avqust ayı Henley viza məhdudiyyətləri indeksi hesabatına görə, Kosovo vətəndaşları sərhəd qapısında viza ilə və ya vizasız 38 ölkəyə səyahət edə bilərlər.[1] Bununla da Kosovo vətəndaşları səyahət azadlığına görə dünyada 99-cu yerdə qərarlaşıb.

  1. "Pasaportu en güçlü ülkeler - 2016 sıralaması". haberturk.com (türk). 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne