Kratos | |
---|---|
God of War personajı | |
İlk göründüyü oyun | God of War |
Yaradan | Deyvid Jaffe |
Dizayner | Çarli Ven |
Səsləndirən(lər) |
Terrens Konnor Karson (yetkin, 2005-2013) Xristofer Cuc (yetkin, 2016-h.h)[1] Antoni Del Rio (uşaq, 2010) |
Hərəkət tutan |
Brendon Molel (2005) İosif Qatt (2007-2012)[2] Terrens Konnor Karson (2013)[3] |
Uydurma profil | |
Növü | Yarı-tanrı |
Affiliasiya | Sparta |
Mövqe | Kapitan, Sparta əsgəri (Spartanın Ruhu metamorfozundan əvvəl), Yunan Müharibə Tanrısı (Aresdən sonra) |
Vikianbarda əlaqəli mediafayllar |
Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi[4], personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.[5]
God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur. Kratos oyunun ən populyar personajıdır. Personaj tənqidçilər tərəfindən yaxşı qəbul edilmiş və videooyun simvolu olmuşdur. Personajın müvəffəqiyyəti, Kratosun digər məhsullarla əlaqələndirilməsinə gətirib çıxarmışdır. Personajın God of War oyunlarından başqa, digər PlayStation oyunlarında kameyası olmuşdur.
Sid Shuman: Christopher Judge, who are you? Christopher Judge: I am fortunate enough to be playing Kratos.