Kromlexlər — üstü yastı daş plitə ilə örtülü əlahiddə dayanmış iri daşlardan ibarət, çevrə formasında olan ən iri meqalitik qurğular.[1][2] Çox halda kromlexin daxilində dolmen, yaxud mengir olub. Bu sıradan ən məşhur Stounhenc kromlexi (İngiltərə, e.ə. ll minillik) 90 metr diametrə malikdir və 125 qaya parçasından ibarətdir.