HTTP |
---|
Sorğu metodları |
HTTP başlıqları |
Status kodları |
Təhlükəsizlik girişinə nəzarət üsulları |
Təhlükəsizlik boşluqları |
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır.
Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək).[1] Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər.