Kuros

Kryoz Kuros. təq. e.ə. 530-cü il.

Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin.[a] Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən AttikaBeotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir.[2][3] Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir.[4] Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyüterrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir.

Kurosun qadın forması kora adlanır.

  1. Morris, Ian. Classical Greece: Ancient Histories and Modern Archaeologies. 1994. səh. 90.
  2. Neer, Richard. Greek Art and Archaeology: A New History c.2500-c.150 BC. New York, USA: Thames & Hudson Inc. 2012. 115. ISBN 978-0-500-28877-1.
  3. Henri Lechat, 1904, La sculpture attique avant Phidias.
  4. J. Ducat, 1971, Les kouroi du Ptoion


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne