Lana Del Rey | |
---|---|
ing. Elizabeth Woolridge Grant | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Elizabeth Woolridge Grant[3] |
Ləqəbi | Lana Del Rey |
Doğum tarixi | 21 iyun 1985[1][2] (39 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, kino aktrisası, səsyazma sənətçisi[d], müğənni, şair, musiqi prodüseri, bəstəkar |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | indi-pop, barokko-pop[d], trip hop[d], sedkor[d], drim-pop[d], indi-rok[5], sloukor[d], psixodelik rok, psixodelik pop[d], rok, ritm-n-blyuz |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Interscope Records, Polydor Records |
Təhsili | |
![]() |
|
lanadelrey.com | |
![]() |
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985[1][2], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. [6] Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb.[7][8]
Lana Del Rey karyerasına 2005-ci ildə Nyu-York şəhərinə köçdükdən sonra başlayıb. O, 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope[9] şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" kommersiya uğuru qazanıb. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 çartına daxil olub. Lana "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki musiqi üslubuna geri qayıdıb. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkib.[10] Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü görüb. Lananın doqquzuncu albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" 2023-cü ildə buraxılıb. Lana Del Rey sayca onuncu albomu olan "The Right Person Will Stay"i 2025-ci ilin mayında buraxmağı planlaşdırır.
Lana həmçinin müxtəlif filmlər üçün mahnılar yazıb ifa etmişdir. 2013-cü ildə qısa musiqili film "Tropiko"nun ssenarisini yazıb baş rolda oynamışdır.[11] Həmin il ekranlara çıxan "Böyük Qetsbi" filmi üçün "Young and Beautiful" mahnısını buraxmışdır. Bu mahnısına görə "Qremmi" mükafatına namizəd göstərilib. 2014-cü ildə "Malefisenta" filmi üçün "Once Upon a Dream" mahnısını səsləndirib. 2014-cü ildə kinorejissor Tim Börtonun "Böyük gözlər" filmi üçün də mahnı yazıb. Sözügedən mahnı "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Lana 2019-cu ildə işıq üzü görmüş "Çarlinin mələkləri" filmi üçün isə "Don't Call Me Angel" mahnısını ifa etmişdir. 2020-ci ildə o, "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya kolleksiyasını nəşr etdirib.
Norman Fucking Rockwell will be out on August 30th.