Lego Marvel's Avengers | |
---|---|
| |
Hazırlayan |
TT Fusion TT Games |
Yayımlayan | Warner Bros. Interactive Entertainment |
Seriya | Marvel's Avengers |
Anons tarixi | 29 yanvar 2015 |
Buraxılış tarixi |
26 yanvar 2016 29 yanvar 2016 |
Janrlar | Macəra-döyüş |
Bəstəkarlar |
Rob Vestvud Tess Tiler Brayan Tiler Denni Elfman Alan Silvestri Kristofer Lennertz Henri Cekman |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows Nintendo 3DS PlayStation 3 PlayStation 4 PlayStation Vita Wii U Xbox 360 Xbox One |
Oyun rejimləri | təkoyunçulu, çoxoyunçulu |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], Dan dili[1], niderland dili[1], polyak dili[1], braziliya portuqal dili[1], rus dili[1], ərəb dili[1], ənənəvi Çin dili[d][1], Vall dili |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
Rəsmi saytı |
Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros. Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, Macintosh və Microsoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur.[2] Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır.[3] Bundan əlavə bir çox personaj vardır.[4] Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır.[5]