Leksinqton prospekti | |
---|---|
ing. Lexington Avenue | |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Nyu-York |
Bölgə | Manhetten |
Uzunluğu | 5,8[1][2] |
Şərəfinə adlandırılıb | Leksinqton və Konkord döyüşləri |
Poçt indeksi | 10003, 10016, 10017, 10021, 10022, 10028, 10029, 10035, 10065, 10075 |
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir.