Lenni Robinson

Lenni Robinson
Doğum tarixi 28 sentyabr 1963(1963-09-28)
Doğum yeri
Vəfat tarixi 16 avqust 2015(2015-08-16) (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti təqlidçi[d]

Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor16 avqust 2015, Biq-Pul[d], Merilend)[1]ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır.

2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür.[2][3] Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir.[4] Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır.[5]

  1. "Leonard B. Robinson's Obituary on". Baltimoresun.com. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  2. Rosenwald, Michael S.; Cox, John Woodrow. "Route 29 Batman is killed after his Batmobile breaks down in Maryland". The Washington Post. August 17, 2015. November 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2015.
  3. Harrison, Don; Costello, Jamie. "Sinai Hospital mourns death of Baltimore's Batman". WMAR-TV. August 17, 2015. August 18, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 18, 2015.
  4. Cox, John Woodrow. "How America's superheroes are mourning the tragic death of the Route 29 Batman, Lenny Robinson". The Washington Post (ingilis). 2015-08-18. ISSN 0190-8286. 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  5. "Baltimore Batman Died A Huge Ravens Fan". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne