Leo Huberman

Leo Huberman (17 Oktyabr 1903 - 9 Noyabr 1968) Amerikalı sosialist yazıçı.

Joseph və Fannie Kramerman Hubermanın on bir uşağının ən kiçiyi olaraq Nyuark, Nyu Cersidə dünyaya gəlmişdir. On bir yaşından etibarən həm oxumuş, həm də fabriklərdə, bir elektrik işçisinin yanında və poçtda işləmişdir. Nyuark Dövlət məktəbini bitirdikdən sonra 1926-cı ildən etibarən Greenwich Villageda özəl bir məktəbdə müəllimlik etmiş, 1932-ci ildə ilk kitabı We the People (“Biz insanlar”)I çap etdirdikdən sonra Londona gedərək London İqtisad Məktəbində bakalavr təhsilinə başlamışdır. Daha sonra Nyu-York Universitetini dərəcə ilə bitirmiş və 1937-ci ildə magistraturanı bitirmişdir. Kolumbiya Universitetində social elmlər fakültəsində sədr vəzifəsinə təyin edilmişdir. 1940-cı ildən etibarən U. S. Week adlı jurnalda redaktor və köşə yazarı kimi işləmişdir. 1949-cu ildə Paul Sweezyilə birgə “Monthly Review” adlı jurnalı yaratmış və burada işləmişdir.

İqtisadiyyattarixin harmoniyası şəklində qələmə aldığı Orta əsrlərdən bu günə istehsal üsullarını araşdıran Man's Worldly Goods (“İnsanın dünyəvi mülkü”) adlı kitabı çap olunmuşdur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne