Leptis-Maqna | |
---|---|
Leptis Magna | |
![]() | |
32°38′17″ şm. e. 14°17′25″ ş. u.HGYO | |
Yer | Əl-Xüms, Liviya |
Region | Tripolitaniya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Əsası qoyulub | e.ə. VII əsr |
Tərk edilib | e. VII əsr |
Era | Dəmir dövründən, Bizans dövrünə |
Mədəniyyətlər | Bərbərlər, Romalılar |
Yer qeydləri | |
Rəsmi adı: Archaeological Site of Leptis Magna | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iii |
Ölkə | ![]() |
![]() |
Leptis-Maqna — Karfagen imperiyasının və Roma Liviyasının görkəmli bir şəhəri idi.
e.ə 7-ci əsrdə Finikiyalılar tərəfindən əsası qoyulan şəhər Roma İmperatoru Septimi Severin nəzdində geniş şəkildə inkişaf etdirildi. Roma legionu 3-cü Avqustan şəhəri bərbər hücumlarından qarşı qorumaq üçün burada yerləşdi. 238-ci ildə III Qordian tərəfindən legionun dağıdılmasından sonra, 3-cü əsrin sonlarında şəhər basqılara daha da açıq oldu. Diokletian şəhəri əyalət paytaxtı olaraq bərpa etdi və şəhər 439-cu ildə vandalların hakimiyyəti altına düşənə qədər yenidən rifah içində böyüdü. 533-cü ildə Leptis-Maqna Bizans İmperiyasına birləşdirildi. Lakin bərbər basqınları hələ də davam edirdi və şəhər heç vaxt əvvəlki əhəmiyyətini bərpa edə bilmədi. Leptis-Maqna təxminən 647-ci ildə Müsəlman hakimiyyəti altına düşdü və sonradan tərk edildi.
Şəhərin xarabalıqları indiki Liviyanın əl-Xüms şəhərində, Tripolinin 130 kilometr (81 mil) şərqində yerləşir. Bura Aralıq dənizindəki ən yaxşı qorunan Roma abidələri arasındadır.