LibreOffice

LibreOffice
Loqonun şəkli
Tipi Ofis paketi
Repozitoriya git.libreoffice.org/core
Proqramlaşdırma dili C++[5]
Əməliyyat sistemi Microsoft Windows[6], Android[6], çarpaz platformalı, Unix bənzəri[7], Linux[7]
İnterfeysin dili Çoxdilli
Yayımlanma tarixi 25 yanvar 2011[1]
Platforma IA-32, x86_64[d], ARM[d], PowerPC[d], MIPS[d], Android, Linux, Microsoft Windows, macOS
Sonuncu versiya
Oxunan fayl formatları odt, ods, odp, odg[4] və Microsoft Office fayl formatları
Yaradılan fayl formatları odt, ods, odp, odg və Microsoft Office fayl formatları
Sayt libreoffice.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LibreOfficeazad və açıq kodlu ofis proqram təminatı paketidir. LibreOffice OpenOffice.org üzərində qurulmuş və 2010-cu ildə istifadəyə buraxılmışdır. LibreOffice Yanvar 2011 və Oktyabr 2011 ayları arasında 7.5 milyon dəfə endirilmişdir. 2018-ci ildə 200 milyon istifadəçini keçmişdir. Fərdi və təşkilatların ianələri hesabına qeyri-kommersiya The Document Foundation himayəsi altında 480-dən çox proqramçı icması tərəfindən hazırlanmışdır.

Ofis paketində mətn və cədvəl prosessoru, təqdimatların hazırlanması və baxılması üçün bir proqram, vektor qrafik redaktoru, verilənlər bazası idarəetmə sistemi və düstur redaktoru var. Tətbiqdə istifadə olunan əsas fayl formatı OpenDocument açıq beynəlxalq formatdır (ODF, ISO/IEC 26300), lakin Office Open XML, DOC, XLS, PPT, CDR daxil olmaqla digər populyar formatlarla işləmək mümkündür.

Ofis paketi MPL 2.0 ictimai lisenziyası altında paylanır, buna görə büdcə və ticarət təşkilatlarında, Ev kompüterlərində və təhsil müəssisələrində sərbəst şəkildə quraşdırıla və istifadə edilə bilər.

LibreOffice intensiv inkişaf edir və yarandığı gündən bəri bir çox əlavə imkanları mənimsəmişdir. Paket fərdi kompüterlərin və mobil cihazların müxtəlif əməliyyat sistemləri üçün versiyalarda təqdim olunur, həmçinin LibreOffice Online-ın bulud nəşrində.

Əsas üstünlükləri heç bir ödəmə tələb etməməsi və Microsoft Office formatlarını dəstəkləyib onunla uyğun çalışmasıdır. Funksiyaları və interfeysinə görə seçilən proqramlardan birisidir və istifadəsi olduqca rahatdır. LibreOffice Windows, LinuxmacOS sistemlərinə rəsmi saytından endirilə bilər.

  1. The Document Foundation Launches LibreOffice 3.3. OSNews.
  2. Vignoli I. LibreOffice 24.8.4, optimised for the privacy-conscious user, is available for download (ing.). 2024.
  3. x1sc0 LibreOffice 25.2 RC2 is available for testing (brit. ing.). 2025.
  4. "Arxivlənmiş surət". 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-12.
  5. The LibreOffice Open Source Project on Open Hub: Languages Page (норв.). 2006.
  6. 1 2 Free Software Directory.
  7. 1 2 https://www.libreoffice.org/download/download-libreoffice/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne