Life is Strange | |
---|---|
![]() | |
![]() | |
Hazırlayan |
![]() |
Yayımlayan |
|
Seriya | Life is Strange |
Anons tarixi | 11 avqust 2014 |
Buraxılış tarixi |
Epizod 1 30 yanvar 2015 Epizod 2 24 mart 2015 Epizod 3 19 may 2015 Epizod 4 29 iyul 2015 Epizod 5 20 oktyabr 2015 |
Janrlar | Macəra oyunu |
Rejissorlar |
Raul Barbet Mişel Kox |
Prodüserlər | Luk Baqadust |
Dizaynerlər | Batist Moizan |
Ssenaristlər |
Kristian Divayn Jan-Luk Kano |
Bəstəkarlar | Conatan Morali |
Texniki məlumat | |
Platformalar | |
Mühərriklər | Unreal Engine 3 |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | DVD, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, klaviatura və maus |
Rəsmi saytı | |
![]() |
Life Is Strange (azərb. Həyat qəribədir) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır.
Oyunun baş qəhrəmanı olan 18 yaşlı fotoqrafiya tələbəsi Maks Kolfild (ing. Max Caulfield) zamanı geriyə çəkmək bacarığına malikdir. Bu unikal güc sayəsində o, əvvəlki qərarlarını və onun nəticələrini dəyişə bilir. Oreqon ştatındakı “Arcadia Bay” adlı dənizkənarı şəhərdə yaşayan Maks, uşaqlıq dostu Kloi ilə yenidən bir araya gəlir. Onlar birlikdə müəmmalı şəkildə itkin düşən başqa bir tələbə yoldaşı Reyçel Emberin başına nə gəldiyini öyrənməyə çalışırlar. Cavab axtararkən Maks həm də şəhəri yerlə-yeksan edəcək tornado ilə bağlı təkrarlanan görüntülər görür.
“Life is Strange”in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır. Oyun müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülmüşdür. 2017-ci ilədək oyunun üç milyondan artıq rəqəmsal nüsxəsi satılıb.