Lolita | |
---|---|
Lolita | |
| |
Janr | Roman |
Müəllif | Vladimir Nabokov |
Orijinal dili | ingilis |
Yazılma ili | 1950[1] |
Nəşr ili | 1955 |
Nəşriyyat | Olympia Press |
"Lolita" — Vladimir Nabokovun 1955-ci ildə qələmə aldığı roman. İngilis dilində yazılıb və ilk dəfə 1955-ci ildə Parisdə "Olimpiya Press" nəşriyyatında dərc olunub. XX əsrin ən görkəmli kitablardan biri sayılır: The Modern Library bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yeri alıb[2] , Le Monde qəzetinin XX əsrin 100 kitabı siyahısına və Time jurnalının əsrin ən yaxşı yüz romanı siyahısına düşə bilmişdir.[3]
ki jurnalının əsrin yüz ən yaxşı romanı siyahısına düşüb.[3]
Lolita Nabokovun ən tanınmış romanı sayılır və onun bütün əsərləri üçün səciyyəvi olan mürəkkəb söz oyunlarına və təsviri detallara məhəbbətini nümayiş etdirir.
Nabokovun məşhur "Lolita" bestselleri erotika, sevgi prozası və sosial-tənqidi didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın edən eqoizm mövzusudur. Roman azyaşlı qıza qarşı xəstə bir ehtiras duyan avropalı ziyalının dilindən danışılır və bu, onun intellektual fonunu müyyənləşdirir.