Bu məqaləni vikiləşdirmək lazımdır. |
Louis Vuitton Malletier SAS | |
---|---|
| |
Ümumi məlumatlar | |
Məhsulları | Çanta[d] |
Təsis tarixi | 1854 |
Baş qərargahın yeri | Paris, Fransa |
Rəhbərlik | |
Təsisçi | Louis Vuitton |
www.louisvuitton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Louis Vuitton — 1854-cü ildə Lui Vüitton tərəfindən yaradılmış fransız lüks moda brendi və şirkəti.[1] Brend müxtəlif məhsullarında "LV" monoqramından istifadə edir.[2] Louis Vuitton hazırda dünyanın ən nüfuzlu moda brendlərindən biridir. Şirkət məhsullarını öz butiklərində, bir sıra ticarət mərkəzlərində və öz rəsmi internet saytında onlayn olaraq satır.[3][4]
Louis Vuitton 2006-cı ildən 2012-ci ilə qədər altı il ardıcıl olaraq ən dəyərli lüks brendi adını qazanıb. 2012-ci ildə onun dəyəri 25,9 milyard dollar olub.[5] 2013-cü ildə brend 28,4 milyard dollar dəyərində qiymətləndirilib və həmin il 9,4 milyard dollar gəlir əldə edib.[6] Şirkətin 50 ölkədə 460-dan çox mağazası fəaliyyət göstərir.[7] Şirkət LVMH kimi tanınan başqa bir böyük şirkət tərəfindən idarə olunur.