"Love Never Felt So Good" | ||||
---|---|---|---|---|
![]() | ||||
Maykl Cekson və Castin Timberleyk tərəfindən Xscape albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 2 may 2014 | |||
Format | musiqi yükləmə | |||
Yazılma tarixi | 1980 (2014-də yenidən yayımlanıb) | |||
Janr | Pop | |||
Dil | ingilis dili | |||
Müddət |
3:54 (solo versiya), 4:05 (duet versiyası) |
|||
Prodüser |
Maykl Cekson, Con Makkleyn (solo versiya) Corcio Tuinfort (solo versiya) Pol Anka, Castin Timberleyk (duet versiyası) Cerom "J-Roc" Harmon (duet versiyası) |
|||
Bəstəkar | Maykl Cekson, Pol Anka | |||
Leybl | Epic Records | |||
Studiya | Epic | |||
Maykl Cekson və Castin Timberleyk sinqllarının xronologiyası | ||||
|
Love Never Felt So Good — Maykl Ceksonun ölümündən sonra yayımlanan ikinci studiya albomu olan Xscape albomunda yer alan mahnı. Albomdakı ilk sinql olaraq 2 may 2014-cü ildə yayımlanmışdır. Castin Timberleyklə duet versiyası diskin delüks versiyasına daxil edilmişdir. Mahnı ilk dəfə 1980-cü ildə yazılmış, 2013-2014-cü illərdə yenidən işlənmişdir. Mahnının müəllifləri Maykl Cekson və bəstəkar Pol Ankadır.
"Love Never Felt So Good" amerikan Billboard Hot 100 çartında doqquzuncu yerədək yüksəldi və beləliklə Maykl Cekson 1971-ci ildən başlayaraq ard-arda beş onillik ərzində çartların ilk onluğuna daxil olan yeganə çart kimi tarixə düşdü.