Lui Pyer Vyeyo (fr. Louis Pierre Vieillot 10 may 1748[1] – 24 avqust 1830) — Fransa ornitoloqu. Səyahəti zamanı ilk dəfə olaraq Şimali Amerikada və Karib dənizində müşahidə etdiyi quşları təsnif etmişdir. Alimlər hal-hazırda da onun nəşr etdirdiyi 26 quş cinsi haqqında məqalələrə istinad edirlər. O, ilk tüllənməni və quşların təbiətdəki davranışlarını, eləcə də anatomiyasını ətraflı şəkildə öyrənən ilk ornitoloqlardandır.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.