Şəhər | |
Lund | |
---|---|
Lund | |
55°42′29″ şm. e. 13°11′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | X əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 30 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +46 46 |
Poçt indeksi | 22X XX |
Digər | |
lund.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir.[4]
Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.[5][6][7]