Lyuizit

Lyuizit
Ümumi
Kimyəvi formulu C₂H₂AsCl₃[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 1,89 ± 0,01 q/sm³[2]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 0,1 ± 0,1 °C[2]
Qaynama nöqtəsi 190 ± 1 °C[2]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,6076
Təsnifatı
CAS-da qeyd. nöm. 50361-05-2
PubChem
BMT nömrəsi 2810
ChemSpider

LyuizitAsetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən (AsCl3) lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir.

Xüsusi çəkisi 1,9 q/sm3, qaynama temperaturu 930 °C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur.

Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, qusma və bronxların iltihabı ilə nəticələnir.

Lyuizitin damcıları gözə düşdükdə 7–10 sutkadan sonra insan görmə qabiliyyətini itirir.

Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.

Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində təcili tibbi yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.

  1. 1 2 LEWISITE (ing.).
  2. 1 2 3 http://www.cdc.gov/niosh/ershdb/emergencyresponsecard_29750006.html.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne