MG 42

MG 42
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1942
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1942
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maschinengewehr (azərb. Pulemyot‎) — Almaniya istehsalı pulemyot tapança. 1942-ci ildə istehsal edilmişdir. Müharibə tarixçilərinin əksəriyyətinə görə ən yaxşı silah dizaynlarından biridir. 7.92 mm-lik güllələrdən istifadə edirdi. Atış sürəti baxımından bir yüngül pulemyotun əldə edə biləcəyi ən yüksək sürətə (1500 mərmi/dəqiqə və ya 1800 mərmi/dəqiqə) çatmışdır. Bu silah MG 34-ün təkmilləşdirilmiş versiyasıdır. MG 42-nin istehsalı zamanı MG 34 ilə müqayisədə daha az poladdan istifadə olunmuşdur. Eyni zamanda, bir ədəd MG 34-ün istehsalı üçün 150 iş saatı tələb olunduğu halda, bir ədəd MG 42-nin istehsalı üçün bunun yarısı, yəni 75 iş saatı tələb olunurdu. Bütün bunlara əlavə olaraq, MGb34-dən daha yüksək atış sürətinə malikdir.[1] Etibarlılıq, davamlılıq, dəqiqlik və istifadə rahatlığının bir yerdə olduğu nadir silahlar arasındadır. İkinci dünya müharibəsi dövründə 400.000-dən artıq MG 42 istehsal edilmişdir. Düşmən əsgərləri bunu Hitlerin mişarı adlandırırdılar. Bugünkü M60 modelləri bu pulemyot əsas nümunə götürülərək istehsal edilmişdir. Pulemyot paslanmayan poladdan hazırlanmışdır. Su, palçıq və torpaqdan təsirlənmirdi.

MG 42/MG 3-ün Roller sistemi
  1. "Nazi War Machines: Secrets Uncovered Episode-4". 16 yanvar 2021 deadurl=no tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2024. (#missing_pipe)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne