MIM-23 Hawk

MIM-23 Hawk
Ölkə
İstehsal tarixçəsi
İstehsalçı Raytheon Company
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
I-HAWK atılarkən

MIM-23 HawkRaytheon Company şirkəti tərəfindən hazırlanmış olan sistem ən effektiv orta mənzilli hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.[1][2][3] Orta mənzilli hava hücumundan müdafiə sistemi olsa da, aşağı hündürlükdə uçan hədəflər üçün uyğunlaşdırılmışdır. Onun tam adı belədir: "Homing All the way to Kill". Standart buraxılış qurğusunda üç ədəd raket daşıyır. Improved (Təkmilləşdirilmiş) - HAWK-ın mühərrik performansı artırılmış və elektron müharibəyə qarşı müdafiəsi maksimum dərəcədə yüksəldilmişdir. Onun maksimum mənzili 35 km, maksimum uçuş hündürlüyü isə 18-km təşkil edir. İsrailin I-HAWK raketi, 1982-ci ildə 21 km hündürlükdə uçan bir MiQ-25 döyüş təyyarəsini vurmağa nail olmuşdur. X diapazonlu radar başlığı ilə idarə olunan I-HAWK raketinin döyüş başlığı 54 kq ağırlığında olub, hissəcik və partlama effektinə malikdir. Bu günə qədər istehsal olunan 36 min ədəd raketdən 11800 ədədi NATO ölkələrinin inventarına daxil edilmişdir.

  1. "MDA News". US Department of Defense Missile Defense Agency. 18 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2021.
  2. Tony Cullen and Christopher F. Foss (Eds), Jane's Land-Based Air Defence Ninth Edition 1996–97, p. 296, Coulsdon: Jane's Information Group, 1996.
  3. "Iran mass produces ground-to-air guided missile". www.payvand.com. 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-23.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne