MP 40 | |
---|---|
| |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1938 |
İstifadə edilən döyüşlər |
|
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1938 |
![]() |
MP 40 (alm. Maschinenpistole 40; azərb. Avtomat 40) — alman istehsalı olan avtomat. İkinci Dünya müharibəsində Almaniya və digər Axis dövlətləri tərəfindən geniş şəkildə istifadə edilmişdir.
Silah 1938-ci ildə Heinrix Vollmer tərəfindən sələfi MP 38-dən ilhamlanaraq dizayn edilib. Tez-tez qərb və şərq cəbhələrində piyadalar, paraşütçülər, tağım və bölük komandirləri tərəfindən istifadə olunurdu. Onun qabaqcıl və müasir xüsusiyyətləri bu silahı müharibədən sonra dünya ölkələrinin əsgərləri arasında sevimli və populyar etdi. Müttəfiq qüvvələr tərəfindən alman silah dizayneri Hugo Schmeisser soyadı ilə istinad edilirdi, baxmayaraq ki, onun dizaynında və istehsalında heç bir iştirakı yox idi. Erma Verke tərəfindən 1940–1945-ci illərdə təxminən 1,1 milyon MP 40 istehsal edilmişdir.