Madhyamaka və ya madhyamika (sanskr. मध्यमक, madhyamakaIAST; hərfi mənada – "orta yol", çin. 中觀宗), həmçinin şunyavada (hərfi mənada – "Şunyata təlimi") və nihsvabhavavada (hərfi mənada – "svabhavasız təlim") — Naqarcuna tərəfindən qurulan mahayana buddist məktəbi.[1] Sarvastivada məktəbinin realizmi ilə yoqaçara məktəbinin idealizmi arasında orta mövqe axtarır.[2] II–IX əsrlərdə Hindistanda inkişaf etmiş, Çin, Tibet, Yaponiyada geniş yayılmışdır. Ardıcıl olaraq buddistlərin nirvanaya nail olmaq üçün orta yolu – "boşluq" konsepsiyasını davam etdirir.[1]