Madjonq (həmçinin Madzyan 麻將) — ənənəvi qədim Çin azart oyunu. Oyun fişkalarından istifadə etməklə 4 nəfərin iştirakı ilə Çin, Yaponiya və digər Şərqi və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılmışdır. Bu oyunun daşları domino daşlarını xatırladır. Poker oyununda olduğu kimi, təcrübə, yaddaş və müşahidə kimi keyfiyyətləri oyunçudan tələb edir. Oyunun məqsədi- çox böyük miqdarda xal yığmaqdır.