Maksimir stadionu

Maksimir stadionu
Стадион Максимир
Xəritə
Sahibi Zaqreb
Tamaşaçı tutumu 60.000
Ev sahibi komanda Dinamo, Xorvatiya milli futbol komandası
Meydançanın ölçüləri 105 m × 68 m
Ot örtüyü hibrid ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksimir stadionu (xorv. Stadion Maksimir) — Xorvatiyanın Zaqreb şəhərində yerləşən stadion. Ətrafındakı Maksimir rayonunun adını daşıyan stadion 35 423 nəfərlik mümkün maksimum yer tutumu ilə ölkənin ən böyük stadionlarından biridir. Bununla belə 2020-ci ildə baş vermiş zəlzələ nəticəsində stadionun şərq tribunasının zərər görməsi və bağlanılmısı nəticəsində stadionun indiki tutumu 25 912 nəfərdir. Maksimir Xorvatiyanın "Dinamo Zaqreb" futbol klubunun ev stadionudur və 1990-cı ildən bəri beynəlxalq yarışların əksəriyyətində Xorvatiya milli futbol komandası tərəfindən istifadə olunur.

Stadion 112 il əvvəl, 1912-ci ildə tikilmiş və 1948, 1998 və 2011-ci illərdə təmir edilmişdir. Maksimir stadionu təchizatda edilən dəyişiliklər ilə konsert səhnəsinə çevrilə bilər və daha əvvəl bu şəkildə musiqi aktlarına ev sahibliyi etmək üçün istifadə edilmişdir. Stadionda dörd tribuna var: şimal, şərq, qərb və cənub. Yerlər sadəcə oturmaq üçün nəzərdə tutulub və tamaşaçıların ayaq üstə durması üçün yer yoxdur. 2011-ci ilin iyun ayında stadionda edilmiş əsaslı təmiri zamanı yeni oturacaqlar quraşdırılmış və oturacaqlar arasında daha böyük məsafə yaradılmışdır.

Maksimir stadionu 2023-cü ilin avqustunda Money agentliyinin apardığı araşdırmaya əsasən Avropanın ən çirkin üçüncü futbol stadionu seçilmişdir (birinci və ikinci yerdə müvafiq olaraq İtaliyanın Karlo Kastellani və İspaniyanın Balaidos stadionları durur).[1]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne