Malhun Xatun | |
---|---|
оsmanlı türkcəsi: مال خاتون türkcə: Malhun Hatun | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Malhun Xatun türbəsi, Biləcik, Türkiyə |
Milliyyəti | türk |
Vətəndaşlığı |
![]() |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər bəy |
Həyat yoldaşı | I Osman |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
![]() |
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun[1][2] (оsmanlı türkcəsi: مال خاتون, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı.
Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir.[3] 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir.[4] Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir.[5] Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir.