Mara Salvatrucha | |
---|---|
![]() | |
Mərkəzi | Los-Anceles • San-Salvador |
Fəaliyyəti | 1980-ci illərdən bu günə qədər |
Fəaliyyət göstərdiyi yer |
![]() ![]() ![]() |
Etnik tərkibi | Latın amerikanları, salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar |
Üzvlük | Təxminən 50,000 nəfər |
Fəaliyyəti | narkotik ticarəti, soyğunçuluq, qəsb, reketlik, qətl, müqaviləli qətllər, insan və silah alveri, oğurluq, fidyə üçün adam qaçırma, avtomobil oğurluğu, fırıldaqçılıq, çirkli pulların yuyulması, it döyüşləri, təcavüz |
Müttəfiqlər | Kartel Sinaloa, Kartel Qolfo, Kartel La Familia, Meksika mafiyası, Los-Setas, Vatos-Lokos |
Düşmənlər | 18th Street gang, Rifa, Latin Kings, Bloods, Pirus, Los-Neqros |
![]() |
Mara Salvatrucha (azərb. Mara Salvatruça, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması.[1][2][3][4][5] Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir.[6]
MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər.[7][8] Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir. ABŞ-də yaşayan bir çox salvadorlu immiqrantlardan da təhdid olunaraq külli miqdarda pullar tələb olunur, lakin MS-13 dəstəsi ən böyük qazancını narkotik ticarəti və ya "öz" ərazilərində narkotik ticarəti hüququ əldə etmək üçün vasitəçilik yolu ilə qazanır.[9][10][11][12][13][14]