Mariya Boleyn | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1499[1] |
Vəfat tarixi | 19 iyul 1543[2][3] |
Vəfat yeri | |
Fəaliyyəti | məşuqə[d] |
Atası | Tomas Boleyn |
Anası | Elizabet Hauerd |
Həyat yoldaşları |
Uilyam Carey Uilyam Stafford |
Uşaqları | Ketrin Carey, Henri Carey, Anna Stafford, Eduard Stafford |
|
|
![]() |
|
![]() |
Mariya Boleyn (İngiliscə: Mary Boleyn) (təq. 1499[1] – 19 iyul 1543[2][3], Esseks[d][4]) — İngiltərə kralı VIII Henrinin hakimiyyəti boyunca böyük gücə sahib olan Boleyn ailəsinə mənsub olan Kraliça Anna Boleynin bacısı.
1521-1526 tarixləri arasında Kral VIII Henrinin sevgililərindən biri olmuşdur. Kralın iki övladını dünyaya gətirsə də, kral bu uşaqların heç birini qəbul etmədi. Hətta bəzi şayələrə görə Mariya Boleyn 1515-1519 tarixlərində VIII Henrinin rəqibi Fransa kralı I Fransiskin də sevgilisi olmuşdur.
Mariya Boleyn iki dəfə evləndi: 1520-ci ildə William Carey ilə və 1534-cü ildə William Stafford ilə gizlicə evləndi. Mariya Boleynin gizlicə baş tutan ikinci evliliyi isə həm bacısı Kraliça Anna Boleyni, həm də Kral VIII Henrini hirsləndirdi və nəticədə Mariya kral sarayından sürgün edildi. Həyatının geri qalanı haqqında məlumat çox azdır. Bacısı Anna Boleynin edamından sonra daha 7 il yaşadı.