Marja — Birja əməliyyatı üzrə təminat qismində marja hesabında deponentləşdirilməli olan müəyyən məbləğdə pul vəsaitidir. Bundan əlavə iqtisadiyyatın müxtəlif sahələrində marja istifadə olunur ki,
Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq.
Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir.
İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir.[1]