Martin Emis | |
---|---|
ing. Martin Amis | |
Doğum tarixi | 25 avqust 1949[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 2023[3][4] (73 yaşında) |
Vəfat səbəbi | qida borusu xərçəngi[d][6][7] |
Uşaqları | 5 |
Fəaliyyəti | romançı, fantastika yazıçısı[d], hekayə yazıçısı[d], universitet müəllimi[d], memuarçı, yazıçı, ssenarist, jurnalist, esseist, ədəbi tənqidçi, film ssenaristi[d] |
Əsərlərinin dili | ingilis dili |
Janr | esse |
Üzvlüyü |
|
martinamisweb.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[1][2][…], Oksford[5] – 19 may 2023[3][4]) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir.[8] 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb.[9]
Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur.