Maslenitsa

Maslenitsa
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maslenitsa (rus. Масленица) — Şərqi slavyanların ənənəvi bayramı, Böyük Orucluqdan əvvəlki həftə ərzində qeyd olunur və xristianlıqdan əvvəlki slavyan mifologiyasının bir sıra elementlərini özündə saxlayır.[1]

Şərqi slavyanların xalq təqvimində bu bayram qış ilə yazın, eləcə də "Ət Yeyən" dövrü ilə Böyük Orucluq arasında sərhəd kimi qəbul edilir.[2]Avropa ölkələrində keçirilən karnavala bənzəyir. Katoliklərdəki "Yağlı Çərşənbə Axşamı" və Masopust bayramlarına oxşayır. Rus Pravoslav Kilsəsinin təqvimində bu dövr "Pendirli həftə" (Sırnaya sedmitsa) adlanır. Rusiyada "Masopust", "Ətsiz həftə" və "Pendir həftəsi" kimi adlar yalnız dini təqvimdə işlədilmişdir.

Maslenitsa bayramının tarixi hər il dəyişir, çünki Pasxa bayramının qeyd edilmə tarixindən asılıdır.

Maslenitsa bayramının ənənəvi atributları:

  • Maslenitsa kuklası (qışın rəmzi)
  • Əyləncələr, şənliklər, xizək sürmə və kütləvi gəzintilər
  • Ruslarda – blinlər və kökələr
  • Belaruslar və ukraynalılarda – vareniklər, sırniklər və "kolodka" adlı adət
  1. O'Malley, Timothy P. Becoming Eucharistic People: The Hope and Promise of Parish Life. Ave Maria Press. 20 May 2022. səh. 13. ISBN 978-1-64680-157-2.
  2. Cuthbert, Chloe. "Why We Celebrate Mardi Gras". Iron Ladies. 19 February 2018. İstifadə tarixi: 17 April 2024. And by the way, flashing is not only not required, it’s discouraged.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne