Maykl Skott | |
---|---|
Ofis personajı | |
![]() | |
İlk görünmə | "Pilot" (2005) |
Son görünmə | "Finale" (2013) |
Yaradan |
|
Canlandıran | Stiv Kerell |
Məlumat | |
Cinsi | kişi[d] |
Ailə |
|
Həyat yoldaşı | Holly Flax |
Uşaqlar | 4 |
Maykl Skott (ing. Michael Scott) — "Ofis" teleserialının protaqonisti. Stiv Karell tərəfindən ifa edilib. Maykl "Dunder Mifflin" şirkətinin Skranton şəhərindəki filialının meneceri vəzifəsində çalışır. Hərçənd ki, müvəqqəti olaraq şirkətindən ayrılmış və həmkadları Pem Bisli və Rayan Hovardla birlikdə öz şirkətini təsis etmişdir. Altıncı mövsümün "The Meeting" və "The Manager and the Salesman" adlı epizodlarında o, Jim Halpert ilə birgə menecer vəzifəsini bölüşür. Yeddinci mövsümdə Maykl, HR nümayəndəsi Holli Flaxs-a evlilik təklif edir və daha sonra onun qocalmış valideynlərinin qeydinə qalmaq üçün Koloradoya köçür. O, "Goodbye, Michael" epizodunda menecer vəzifəsini Deangelo Vickersə təhvil verir. Serialın finalında isə Dwight Schrute-nin toyuna gələrək sürpriz edir.