Mayls Keyn | |
---|---|
ing. Miles Kane | |
Ümumi məlumatlar | |
Doğum adı | Mayls Piter Keyn |
Doğum tarixi | |
Doğum yeri | Birkenhed, Mersisayd, İngiltərə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janr | indi-rok |
Musiqi alətləri | Gitara, bas-gitara, saksofon, piano |
Albom şirkətləri | Columbia, Domino, Virgin EMI |
Üzvlüyü | |
mileskane.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mayls Piter Keyn (17 mart 1986[1][2], Liverpul) — The Last Shadow Puppets qrupunun üzvü kimi tanınan ingilis musiqiçi. O həmçinin 2009-cu ilin avqustunda dağılan The Rascals qrupunun solisti idi.[3]
Keyn hazırda Arctic Monkeys qrupunun solisti Aleks Törner ilə birlikdə qurduğu The Last Shadow Puppets qrupunun üzvüdür, onların ilk albomu The Age of the Understatement 2008-ci ildə, ikinci albomları Everyhting You've Come to Expect isə 2016-cl ildə buraxılıb. Keynin solo debüt albomu Colour of the Trap 9 may 2011-ci ildə, ikinci albomu Don't Forget Who You Are isə 3 iyun 2013-cü ildə yayımlanıb.[4] Onun üçüncü albomu Coup De Grace 10 avqust 2018-ci ildə Virgin EMI səsyazma şirkəti vasitəsilə buraxılıb. Keynin sonuncu buraxılışı Change the Show 21 yanvar 2022-ci ildə işıq üzü görüb.