F-15 Qartal | |
---|---|
![]() Təlim döyüşü zamanı 90 dərəcə dönüş | |
Tipi | qırıcı-havada üstünlük əldə etmək |
Hazırlayan | McDonnell Douglas |
İstehsalçı |
![]() |
Dizayner |
![]() |
İlk uçuş | 27 iyul 1972 |
İstismara verilmə tarixi | 9 yanvar 1976 |
Status | İstismarı davam edir |
İstismarçılar |
ABŞ HHQ İsrail HHQ Yaponiya HHQ Səudiyyə Ərəbistanı HHQ |
Buraxılış sayı | 1500[1]; bəzi mənbələrdə- 2030[2] |
Hazırlanma dəyəri | 59 milyard ABŞ dolları[2] |
Vahidinin qiyməti |
F-15A/B: 27.9 milyon ABŞ dolları F-15C/D: 29.9 milyon ABŞ dolları[3] |
Variantları |
F-15E Strike Eagle F-15SE Silent Eagle |
![]() |
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır.
1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur.
F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir.
ABŞ ilə yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir.
2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək.